Xəzər Xəbər

Kral terror qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

Dünya | 09:43 • 18 İyul 2019
Kral terror qurbanlarının ailələrini həcc ziyarətinə dəvət edib

Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Yeni Zelandiyadan 200 zəvvarın krallığın hesabına həcc ziyarətinə dəvət edilməsi barədə fərman imzalayıb.


AZƏRTAC yerli KİV-ə istinadla xəbər verir ki, həcc ziyarətinə Yeni Zelandiyanın Kraystçerç məscidlərində törədilmiş terror hücumu qurbanlarının ailə üzvləri dəvət olunub.


Krallığın İslam İşləri üzrə naziri Əbdüllətif bin Əbdüləziz Al Aşşeyx bildirib ki, nazirlik zəvvarlar qrupunun siyahısını Səudiyyə Ərəbistanının Yeni Zelandiyadakı səfirliyi vasitəsilə tərtib edir.


Adətən Yeni Zelandiya müsəlmanları həcc ziyarətini həyata keçirmək üçün 15 min dollara yaxın pul ödəyirlər, lakin terror hücumu qurbanlarının ailələri üçün bu ziyarət pulsuz olacaq. Həccə, həmçinin ən-Nur məscidində terror hücumu zamanı 9 güllə alan, lakin sağ qalan Temel Atakoglu dəvət olunub.

Xəbər lenti