Xəzər Xəbər

“Qarabağ”ın rəqibi müəyyənləşib

İdman | 09:16 • 18 İyul 2019
“Qarabağ”ın rəqibi müəyyənləşib

"Qarabağ” komandasının UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib. 


Xezerxeber.az xəbər verir ki, bu, İrlandiya "Dandolk”udur.


"Dandolk” I təsnifat mərhələsində Latviyanın "Riqa” komandasını mübarizədən kənarlaşdırıb. Bu komandalar arasındakı hər iki oyunun əsas vaxtı qolsuz yekunlaşıb. Bu gün Latviya paytaxtında keçirilmiş cavab görüşünün əlavə vaxtında da qol vurulmayıb. Penaltilər seriyasında isə "Dandolk” daha dəqiq olub - 5:4.


"Qarabağ” İrlandiya çempionu ilə ilk oyununu iyulun 24-də səfərdə, cavab görüşünü iyulun 31-də evdə keçirəcək.

Xəbər lenti