Xəzər Xəbər

Bosniya və Herseqovina “Eurovision–2020” mahnı müsabiqəsində iştirak etməyəcək

Şou Biznes | 22:49 • 15 İyul 2019
Bosniya və Herseqovina “Eurovision–2020” mahnı müsabiqəsində iştirak etməyəcək

Bosniya və Herseqovinanın teleradio şirkəti "BHRT” 2020-ci ildə Niderlandda keçiriləcək Eurovision mahnı müsabiqəsində iştirak etməyəcəyini açıqlayıb.


AZƏRTAC ölkə mətbuatına istinadla xəbər verir ki, "BHRT”nin Avropa Yayım Birliyinə hələ də ödəmədiyi yüksək borc səbəbindən ölkənin mahnı müsabiqəsində iştirak edə bilməyəcəyi bildirilib.


Vurğulanıb ki, son illər milli yayım şirkəti maliyyə problemləri ilə üzləşib. Vəsait çatışmazlığından əziyyət çəkən şirkət 2016-cı ilin iyun ayında ciddi maliyyə problemləri üzündən bütün verilişlərini müvəqqəti olaraq dayandırıb.


Qeyd edək ki, Bosniya və Herseqovina sonuncu dəfə Stokholmda keçirilən "Eurovision-2016” müsabiqəsində iştirak etmişdi. Həmin müsabiqədə Dalal & Deen "Ljubav je” mahnısı ilə ilk yarımfinal mərhələsində 11-ci yeri tutmuşdu.

Xəbər lenti