Xəzər Xəbər

"Çelsi" "Real"ın futbolçusunu transfer etdi

İdman | 17:01 • 27 İyun 2019
"Çelsi" "Real"ın futbolçusunu transfer etdi

"Çelsi" ötən il "Real"dan icarəyə götürdüyü xorvatiyalı futbolçu Mateo Kovaçiçin transfer hüququna yiyələnməyə qərar verib.

London təmsilçisi bu keçid üçün 50 milyon avrosundan keçib.

Xəbərdə "Çelsi"nin baş məşqçi postuna keçməyə yaxın olan Frenk Lempardın bu transferə razılıq verdiyi qeyd edilib.

Kovaçiç ötən mövsüm "Çelsi"də 51 oyuna 2 assist edib.

"Real" 25 yaşlı yarımmüdafiəçini 2015-ci ildə 29 milyon avroya transfer etmişdi.

Xəbər lenti