Xəzər Xəbər

Ağcaqanadlardan necə qorunmalı? Kremlər və spreylər allergiyaya səbəb olur...

Cəmiyyət | 16:40 • 27 İyun 2019
Ağcaqanadlardan necə qorunmalı?

Yay aylarında fəallaşan ağcaqanadlar hamını narahat edir.

Bəs bu kiçik qan əmicilərdən təbii qorunma yollarını bilirsinizmi?

Kremlər və ya ağcaqanad əleyhinə spreylər çox zaman allergiyaya səbəb olur.

XəzərXəbər Axşam.az-a istinadən bu kiçik həşəratlardan təbii qorunma vasitələrini təqdim edəcək.

Bir limonu ortadan kəsərək ortasına bir neçə mixək batırın. Yataq otağında çarpayının yanına, pəncərələrin ağzına qoyun. Ağcaqanadlar bu qoxunu sevmədiyi üçün yaxın gəlməyəcək. Qorunmaq üçün nanə yağını da istifadə edə bilərsiniz. Bədənin açıq hissələrini bu yağla masaj edin. Otaqda lavanta çiçəyi yandırmaq da olduqca faydalıdır. Ağcaqanad dişləyən hissədəki qaşıntını soyuq buz kompresi ilə sakitləşdirmək olar. Banan qabığı da şişkinliyi və qaşıntını azalda bilir.

Xəbər lenti