Xəzər Xəbər

"Barselona" yeni transferinə 200 milyon qiymət qoydu

İdman | 16:13 • 27 İyun 2019
"Barselona" yeni transferinə 200 milyon qiymət qoydu

"Barselona" yeni transferini rəsmən açıqlayıb.

XəzərXəbər klubun saytına istinadən xəbər verir ki, kataloniyalılar "Valensiya"nın qapıçısı Netonu rənglərinə bağlayıb. 29 yaşlı qolkiperin transferi üçün 26+9 milyon avro təzminat ödənilib. Braziliyalı əlcək sahibinin sərbəst qalma qiyməti 200 milyon avro təyin edilib.

Neto "Valensiya"ya 2017-ci ildə 9 milyon avroya "Yuventus"dan keçmişdi.

Qeyd edək ki, "Valensiya" "Barselona"nın 28 yaşlı hollandiyalı qapıçısı Yasper Silleseni 35 milyon avroya transfer edib.

Xəbər lenti