Xəzər Xəbər

"Yuventus" de Liqti razı saldı

İdman | 16:08 • 27 İyun 2019
"Yuventus" de Liqti razı saldı

"Ayaks"ın kapitanı Matteis de Liqtin yeni klubu bəlli olmaq üzrədir.

XəzərXəbər "Sky Italia"ya istinadən xəbər verir ki, "Yuventus" 19 yaşlı müdafiəçini razı salıb. Hollandiya millisinin üzvü Turin klubunun 5 illik müqavilə təklifinə müsbət cavab verib. Gənc futbolçunun illik maaşı 12 milyon avro olacaq.

"Yuventus" "Ayaks"ı qane edəcək təklif hazırlayır. Xəbərdə Amsterdam təmsilçisinin bu keçid üçün 75 milyon avro tələb etdiyi vurğulanıb.

16 yaşında "Ayaks"da peşəkar karyeraya başlayan hollandiyalı müdafiəçi ötən mövsüm 55 oyuna 7 qol vurub, 4 assist edib.

Xəbər lenti