Xəzər Xəbər

Rusiyada təyyarə alovlandı: ölənlər var VİDEO

Veb TV | 10:44 • 27 İyun 2019
Rusiyada təyyarə alovlandı: ölənlər var

Rusiyanın Nijneanqarsk şəhərində təyyarənin qəza enişi zamanı iki ekipaj üzvü ölüb.

Bu barədə RİA Novosti RF Daxili İşlər Nazirliyinin regional idarəsinə istinadən məlumat yayıb.

Hadisə nəticəsində göyərtədə olan 43 nəfər xilas edilib, onlardan 7-si xəstəxanaya yerləşdirilib.

Qəza enişi zamanı An-24 təyyarəsi uçuş-eniş zolağından kənara çıxıb və alovlanıb. İlkin məlumata görə, təyyarə havaya qalxdıqdan sonra mühərriklərdən biri sıradan çıxıb və ekipaj üzvləri geriyə - aeroporta qayıtmağa qərar veriblər./axar.az


Xəbər lenti