Xəzər Xəbər

G20-də Putin-Trampın görüşünün vaxtı məlum oldu

Dünya | 10:35 • 27 İyun 2019
G20-də Putin-Trampın görüşünün vaxtı məlum oldu

ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin arasında Yaponiyanın Osaka şəhərində keçiriləcək görüş iyunun 28-də yerli vaxtla 14:00-da (Bakı vaxtı ilə 09:00-da) başlayacaq.

"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda Ağ Evin mətbuat xidməti bildirib.

Daha əvvəl Tramp bildiririb ki, G20-də Rusiya lideri ilə "yaxşı danışıqlar” gözləyir. Putinin köməkçi Yuri Uşakovun sözlərinə görə, liderlər strateji sabitlik məsələlərini, regional münaqişələri, həmçinin Suriya, Əfqanıstan, Ukrayna, Venesuela və İran problemlərini müzakirə edə bilərlər./publika.az

Xəbər lenti