Xəzər Xəbər

Maaş qalxdı: aylıq ödənişlərin artmaması üçün təklif

İqtisadiyyat | 10:24 • 27 İyun 2019
Maaş qalxdı:

"Minimum əməkhaqqı məbləğinin 250 manata çatdırılması ilə bağlı qərardan sonra sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin ödədiyi sosial sığorta haqqının hesablanmasına yenidən baxılması məqsədə uyğundur”.

XəzərXəbər xəbər verir ki, bunu iqtisadçı ekspert Vüqar Bayramov qeyd edib.

Ekspertin fikrincə, sosial paketin iqtisadi təsirlərini nəzərə alaraq sığorta haqqları ilə minimum əməkhaqqı məbləği arasındakı əlaqənin aradan qaldırılmasına ehtiyac var: "Belə ki, minimum əməkhaqqı məbləği artanda sosial ödənişləri də çoxalır. Fiziki şəxslər minimum əməkhaqqının 20 faizi həcmində sosial ödəniş etdiyini nəzərə aldıqda sentyabrdan etibarən aylıq ödənişlər 50 manata yüksələcək. Fiziki şəxslər üçün aylıq sosial ödənişin məbləğinin vahid (fiks) müəyyənləşdirilməsi daha məqsədə uyğun olardı. Beyin mərkəzi olaraq aylıq ödəniş üçün 35 manat müəyyənləşdirilməsini təklif edirik. Bu haqda əməkhaqqı artımları fiziki şəxslərin aylıq ödənişlərini artırmayacaq”.

Xəbər lenti