Xəzər Xəbər

Eyni yerdən dönər alan 17 nəfər zəhərlənib VİDEO

Veb TV | 19:15 • 26 İyun 2019
Eyni yerdən dönər alan 17 nəfər zəhərlənib

Bakıdadönərdən zəhərlənən 17 nəfər xəstəxanaya aparılıb. Ilkin araşdırma zamanıməlum olub ki, dönərdə istifadə olunan ət baytarlıqsanitariya nəzarətindən keçirilməyib. Hadisə ilə bağlı qida təhlükəsizliyi agentliyi də məlumat yayıb.

Eyni yerdəndönər alan 17 nəfər zəhərlənib.

Hadisə dünən axşam saatlarıda Nizami rayonu Babək prospekti, "Maşın bazarı" kimi tanınan ərazidə vaş verib.orada yerləşən dönər satışı məntəqsindən dönər alan 17 nəfər axşam saatlarından başlayaraq zəhərlənmə əlamətləri ilə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Xəstəxanada zəhərlənən şəxslərə dərhal tibbi yardım göstərilib. Onların 14-ü ilkin yardımdan sonra evə buraxılıb. 1 nəfərin vəziyəti orta-ağır olduğundan o reanimasiya şöbəsinə yerləşdirilib. Həmin xəstə 58 yaşlı Arif Əliyevdir. Digər 2 nəfər isə müalicəsini davam etdirmək üçün 1 saylı şəhər kliniki xəstəxanasına göndərilib.

Bu gün isə dönərdən baş vermiş kütləvi zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyində dərhal operativ işçi qrupu yaradılıb və qida təhlükəsizliyi araşdırmalarına başlanılıb. Məlum olub ki, zəhərlənən şəxslər qeyd olunan ərazidə vətəndaş Məmmədov Ramis Arif oğluna məxsus dönər satışı məntəqəsindən dönər alıb yeyiblər. Mütəxəssislər tərəfindən xəstələrdən nümunələr götürülüb və zəhərlənmənin konkret səbəblərini müəyyənləşdirmək üçün nümunələr aidiyyəti üzrə laboratoriyaya göndərilib.

Məlum oldu ki, dönəri alıb yeyənlər əsasən bazarda çalışan işçilər olub. Həmin dönərlər sifariş əsasında hazırlanaraq plastik qablarda velosiped vasitəsi ilə çatdırılırmış. bu gündən etibarən araşdırmalarla əlaqədar həmin dönərt satış məntəqsinin fəaliyyəti dayandırılıb. Bu hadisə bir daha vətəndaşları diqqətli olmağa sövq edir.

Qeyd edək ki, hazırda zəhərlənmə hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

Xəbər lenti