Xəzər Xəbər

Muradına çatan Murad VİDEO

Veb TV | 19:59 • 24 İyun 2019
Muradına çatan Murad

Küçədə əyləşərək mağaza vitrinindən cizgi filmi izləyən azyaşlıya televizor hədiyyə olunub.7 yaşlı Muradın həmyaşıdları evdə oynayarkən o cizgi filminə həmişə küçədə baxıb. Kirayədə qalan ailənin televizoru olmayıb. Mağazanın vitrinindən günlərlə cizgi film izləyən uşağa həmin televizorhədiyyə edilib..

Həmyaşıdlarından fərqli olaraqgecə saatlarındaküçədədayanaraq cizgi filminəbaxır. Balaca Muradınküçədə oturaraq televizorabaxdığıbu foto sosial şəbəkələrdə sürətlə yayıldı.

Və bir anda hər kəs bu azyaşlının kimliyi ilə maraqlanmağa başladı.Söhbət Bakıda electron mallar satılan mağazanın vitrinindən çizgi filmi izləyən bu azyaşlıdan 7 yaşlı Muraddan gedir.

Muradın televizor mağazasının qarşısında yerdə oturub, cizgi filmi izləməsi haqda foto ictimailəşdikdən sonra elə mağaza rəhbərliyi tərəfindən həmin azyaşlı sevindirilib.Murada elə cizgi filmi izlədiyi zaman həmin televizor hədiyyə olunub.

Məlum olub ki, Murad anası və nənəsi ilə paytaxda kirayədə yaşayır. Ailə imkansız olduğundan evdə televizor olmayıb. Murad bu səbəbdən çizgi filmlərinə baxmaq üçün bu küçəyə gəlib.

Sözügedən şirkətin nümayəndəsi Toğrul Vəliyev bildirir ki, Murad hər gecə saat 11-12 arası gəlib çizgi film izləyirmiş. Bu foto sosial şəbələkləərdən sonra yayılandan sonra həmin televizorşirkəttərəfindən uşağahədiyyə edilib.Bundan sonra Murad çizgi filmlərinə vitrində yox evdə baxacaq.

Xəbər lenti