Xəzər Xəbər

Bakıda yolun ortasında QANDONDURAN HADİSƏ: kişini belə bıçaqladılar - ANBAAN VİDEO

Veb TV | 13:46 • 20 İyun 2019
Bakıda yolun ortasında QANDONDURAN HADİSƏ:

Bakıda baş verən qanlı hadisənin görüntüləri BAKU.WS-in "qaynar xətti"nə göndərilib.

XəzərXəbər-in xəbərinə görə, müraciətdə bildirilib ki, 11 iyun 2019-cu il tarixdə Ayxan Yaradanquliyev özünə məxsus maşınla yol nəqliyyat hərəkəti zamanı, "Mercedes C klass” markalı, 50-CO-234 dövlət qeydiyyat nişanlı Masallı rayon sakinləri olan iki qardaş Xəqani və Aqil Ağayev qardaşları ilə mübahisəsi yaranıb.

Mübahisə zamanı həmin şəxslər Ayxanın avtomaşınının qabağını kəsərək maşından düşməsini tələb edərək, məsələni aydınlaşdırmağa israr ediblər.
Baş verən hadisə təhlükəsiz şəhər müşahidə kameralarına düşüb.

Həmin görüntüləri sizə təqdim edirik.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti