Xəzər Xəbər

Ferma yandı içində olan heyvanlar tələf oldu VİDEO

Veb TV | 19:55 • 19 İyun 2019
Ferma yandı içində olan heyvanlar tələf oldu

Ferma yandı içində olan heyvanlar tələf oldu.

Yanğınbu gün saat 11 radələrində ŞəkininÇapağan kəmdində baş verib.Sakinlərin sözlərinə əsasən elektrikin qısa qapanmasından başlayan yanğın qısa müddətdə qış üçün tədarük edilmişot və saman dolu cardağa yayılıb.Quru ağaç konstrusiyalı 700kv metr tövləniani müddətdə alov bürüyüb. nəticədə burada olan dörd məcburi köçkünailəsinə məxsus30 -a yaxın iri buynuzlu və yüzdən çox xırda buynuzlu heyvan tələf olub.

Yaxınlıqda yaşayan Aşağı Küngüt kənd sakinlərinin də köməyə gəlməsinə baxmayaraq şiddətli yanğın, qısa müddətdəböyük ərazini əhatə edib. Və heyvanları xilas etmək mümkün olmayıb.

Hadisə yerinə Şəki rayon yanğından mühafizə hissəsinin maşınları cəlb olunub.Yaxınlıqda olanyaşayış evlərindən biri yanğından qorunub. Alovun digərevlərə və taxıl zəmisinə keçməsinin qarşısı alınıb.Faktla bağlıaraşdırma aparırlar.

Kürdəmirdə də 6 baş heyvan yanaraq tələf olub. Hadisə rayonun Karlar kəndində, Məhəmməd Qasımova məxsus təsərrüfatda baş verib. Həyətyanı sahədə baş verən yanğın zamanı çardaqda olan 5 ton taxıl və 3500 ədəd ot bağlaması yanıb. Həmçinin, 2 baş iribuynuzlu və 4 baş xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yağınsöndürənlərin səyi nəticəsində alov ram edilib və ətrafa yayılmasının qarşısı alınıb. Yanğının elektrik naqillərində yaranan qısaqapanmadan baş verdiyi ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti