Xəzər Xəbər

"Mənim tərzimi bilirsiniz..." - Kənan Doğulu boşanma xəbərindən danışdı

Şou Biznes | 12:54 • 18 İyun 2019
"Mənim tərzimi bilirsiniz..." - Kənan Doğulu boşanma xəbərindən danışdı

Bir müddətdir həyat yoldaşı aktrisa Beren Saatla gərginlik yaşadığı iddia edilən müğənni Kənan Doğulu boşanma xəbərlərinə nöqtə qoyub.

Konsertdən sonra jurnalistlərin suallarını cavablandıran Kənan Doğulu özəl həyatı barədə danışmaqdan imtina edib.

"Mənim tərzimi bilirsiniz, ona görə də şəxsi məsələləri bu qədər bəsit saymadığımdan bu mövzuda danışmayacağam", deyə müğənni bildirib.

Qeyd edək ki, Beren Saatın vəfat edən keçmiş sevgilisinin fotosunu tez-tez sosial şəbəkələrdə paylaşması birmənalı qarşılanmır. Cütlüyün boşanacağına dair məlumatlar uzun zamandır səngimək bilmir. Tərəflər isə məsələ barədə danışmaqdan yayınır./teleqraf

Xəbər lenti