Xəzər Xəbər

Hamilə sevgilisini tərk etdi Başqası ilə eşq yaşayır - VİDEO

Veb TV | 12:49 • 18 İyun 2019
Hamilə sevgilisini tərk etdi

Hamilə sevgilisi Melis Sayımı tərk edərək başqası ilə sevgi yaşamağa başlayan keçmiş türkiyəli futbolçu Tuncay Şanlı yenidən gündəmə gəlib.

Türkiyə mediası xəbər verir ki, bir ildən çoxdur mediadan uzaq düşməyi bacaran Tuncay yeni sevgilisi, idman şərhçisi Seyhan Şaşko ilə Bodrumda istirahət edərkən görüntülənib. Artıq münasibətini gizlətməyən cütlüyün fotoqraflar qarşısında özlərini kifayət qədər rahat aparmaları diqqətdən yayınmayıb.

Qeyd edək ki, Tuncay Şanlı 2018-ci ilin yanvarından Seyhan Şaşko ilə görüşməyə başlayıb. Həmin vaxt onun sevgilisi Melis Sayan hamilə olub. Övladı dünyaya gəldikdən sonra futbolçunun uşağı ilə maraqlanmadığını iddia edən Sayan onu məhkəməyə vermişdi.

teleqraf.com

Xəbər lenti