Xəzər Xəbər

Relslərin üzərinə yıxılan pensioneri son anda xilas etdi VİDEO

Veb TV | 13:03 • 17 İyun 2019
Relslərin üzərinə yıxılan pensioneri son anda xilas etdi

Çexiyada motosikldə hərəkət edərkən şlaqbauma ilişən və relslərin üzərinə yıxılan pensionerin son anda xilas edilməsinin görüntüləri yayılıb. 

Yerli polis hadisənin bir müddət öncə baş verdiyini, ancaq kadrların indi yayımlandığını bildirib.

Məlumata görə, 85 yaşlı Yirji Duşka şlaqbaumu görməyərək yüksək sürətlə baryerə çırpılıb. Yaşlı bayker və onun dəmir atı relslərin üzərinə düşüb. Xoşbəxtlikdən yaxınlıqda olan şəxs qaçaraq ona yaxınlaşıb, qatarın çatmasından saniyələr öncə pensioneri və onun motosiklini relslərdən aralaya bilib.


Faktxəbər

Xəbər lenti