Kiprin və Yunanıstanın suveren hüquqları pozulduğu təqdirdə Türkiyəyə Avropa Şurası tərəfindən sanksiyalar tətbiq oluna bilər.
Bu barədə Yunanıstanın Baş naziri Aleksis Tsipras Xarici İşlər və Müdafiə Şurasının növbədənkənar iclasında deyib.
O bildirib ki, Türkiyə qanunsuz olaraq Kiprin iqtisadi zonasında geoloji kəşfiyyat işləri aparır.
"İlk növbədə onu qeyd etmək istəyirəm ki, bütün yunanlar özlərini təhlükəsizlikdə hiss etməlidirlər”, - A.Tsipras bildirib.
Onun sözlərinə görə, Yunanıstan son zamanlarda daha güclü beynəlxalq birliklər formalaşdırıb./oxu.az