Xəzər Xəbər

Mbappedən gözlənilməz qərar: 280 milyona transfer olunur

İdman | 15:32 • 20 May 2019
Mbappedən gözlənilməz qərar:

Kilian Mbappe PSJ-dən ayrıla bilər.


"L`Equipe" nəşri xəbər verir ki, bu barədə gənc hücumçu özü məlumat verib.


Artıq üzərinə daha böyük məsuliyyət götürmək istədiyini bildirən Mbappe Paris klubundan ayrıla biləcəyinə işarə vurub: "Bir daha oyunçulara, məşqçilərə və klub rəhbərliyinə təşəkkür etmək istəyirəm. Bu, mənim üçün önəmli andı. Düşünürəm ki, karyeramda birinci və ya ikinci dönüş nöqtəsinə yaxınlaşıram. PSJ-də çox şey öyrəndim. İndi isə üzərimə daha böyük məsuliyyət götürməyin vaxtıdı. Ümid edirəm ki, bu, hazırkı komandamda olacaq. Buna yalnız sevinərəm. Ancaq fərqli yerdə və fərqli layihədə olması da mümkündü".


Qeyd edək ki, Mbappenin 280 milyon avro qarşılığında "Real"a keçəcəyi gözlənilir.


Fanat.Az

Xəbər lenti