Xəzər Xəbər

Zelenskidən məmurlara: Mənim deyil, uşaqlarınızın şəklini asın!

Dünya | 15:16 • 20 May 2019
Zelenskidən məmurlara:

Məmurların kabinetində portretimin olmasını istəmirəm.

Bu sözləri inauqurasiya mərasimində çıxışı zamanı Ukraynanın yeni Prezidenti Vladimir Zelenski deyib.

"Çox istərdim ki, sizin kabinetlərinizdə mənim şəkillərim, portretlərim olmasın. Çünki prezident ikona deyil. Prezident – portret deyil. Ora öz uşaqlarınızın şəkilini asın və hər qərarınızda onların gözlərinə baxın”, - Zelenski bildirib./axar.az

Xəbər lenti