Xəzər Xəbər

Məzəm kəndində maraqlı toy dəvəti - hamı üçün 1 dəvətnamə yazılır - VİDEO

Veb TV | 19:52 • 19 May 2019
Məzəm kəndində maraqlı toy dəvəti -

Qazax rayonunun cəbhə kəndlərinin birində sakinlər cəmi bir dəvətnamə ilə toy məclislərinə dəvət alır.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Qazaxın Məzəm kəndindən gedir.

Təmas xəttinə yaxın olan bu yaşayış məntəqəsinin maraqlı adətləri var. Bir-biriləri ilə olduqca mehrban olan sakinlər kənd əhlini toya və şənliklərə də maraqlı üsulla dəvət edilir. Kəndin mərkəzində bir Cökə ağacı var. Sakinlər tərəfindən "Elçi ağacı", "Toy carçısı" kimi adlandırılan ağaca toy edən şəxs afişa xarakterli dəvətnamə asırlar. Məqsəd isə kənddəki 60 ev arasında ayrı-seçkilyin yaranmamasıdır.

Dəvətnamə ağaca vurulduqdan sonra mərkəzdən keçən hər kəs dəvətnaməni oxuyub bir-birilərini xəbərdar edirlər. Həm də bu dəvətnamə ilə hər kəs toya ailəvi dəvət edilir.

Bütün bunlar illərdir Məzəm sakinlərinin dəyişmədiyi ənənələrdəndir. İstər kənddə yaşa, istərsə də ölkənin müxtəlif guşələrində toy məclisi hər bir məzəmli ücün dəvət deməkdir. İndi sakinlər bu adəti qoruyub-saxlayıb, gələcək nəsillərə də ötürürlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti