Xəzər Xəbər

Bayramın ilk günündə insanlar öz doğmalarının qəbrlərini ziyarət ediblər VİDEO

Veb TV | 18:38 • 20 Mart 2019
Bayramın ilk günündə insanlar öz doğmalarının qəbrlərini ziyarət ediblər

Kimi əlində səməni, kimidə qərənfillə qəbirstanlığa gəlib. Havanın yağışlı və soyuq olmasına baxmayaraq onlar bayram günündə doğmalarının məzarlarını ziyarət ediblər.

Yevlaxdan ölən sevgilisinin qəbrini ziyarət etmək üçün Bakıya gəlib. Onun qəbirini ziyarət edib məzarına qərənfillər düzüb dualar oxuyub.

Görüntülər paytaxtın Yasamal qəbirstanlığındandır. Bayramın ilk günündə insanlar öz doğmalarının qəbrlərini ziyarət ediblər.

Yağış və soyuğa baxmayaraq insanlar qəbirstanlığa gələrək ölən yaxınlarının qəbirlərini ziyarət edib öz vəfa borclarını yerinə yetirirlər. Kimisi səməni, kimisi isə qərənfil gətirərək qəbirlərin üzərinə qoyub dualar oxutdururlar.

Qəbir ziyarətləri sabah da davam edəcək.

Xəbər lenti