Xəzər Xəbər

Gürcüstanda qızılcaya yoluxma hallarının dinamikasında azalma var

Dünya | 19:38 • 18 Mart 2019
Gürcüstanda qızılcaya yoluxma hallarının dinamikasında azalma var

Gürcüstanda qızılcaya yoluxma hallarının dinamikası aşağı düşüb.


AZƏRTAC xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze söyləyib.


Onun sözlərinə görə, martın 16-na olan məlumata əsasən, ölkədə qızılcaya 2 min 385 yoluxma halı qeydə alınıb. Yanvar-fevral aylarında olduğu sürətli artım müşahidə olunmur. Yanvarın 19-dan başlayaraq bu günədək ölkədə 100 min nəfərdən çox insan peyvənd olunub.


Bunun yaxşı göstərici olduğunu vurğulayan A.Qamkrelidze bildirib ki, infeksiyanın yayılmasının qarşısını almaq üçün il ərzində daha 250 min nəfər peyvənd olunmalıdır.


Mərkəz rəhbəri qeyd edib ki, ölkədə peyvəndin kifayət qədər ehtiyatı var və peyvəndləmə dövlət hesabına həyata keçirilir.

Xəbər lenti