Xəzər Xəbər

Güclü külək Bakıda fəsadlar törədib - VİDEO

Veb TV | 19:41 • 18 Mart 2019
Güclü külək Bakıda fəsadlar törədib -

Güclü külək Bakıda fəsadlar törədib. Evlərə və 2 avtomobilə ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt ərazisində ötən gün axşamdan güclənən külək ağacları və reklam lövhəsini aşırıb, yaşayış evlərinin dam örtüklərini sıradan çıxarıb. Suraxanı rayonu Zığ qəsəbəsində külək yaşayış evinin dam örtüyünü uçurub. Hadisə zamanı xəsarət alan olmasa da ev sahibinə ziyan dəyib.

Paytaxtın Nərimanov rayonu Təbriz küçəsində isə küləyin təsirindən ağac aşaraq iki avtomobilin üzərinə düşüb. Nəticədə avtomobillərə ziyan dəyib.

Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədovun sözlərinə görə, ümumilikdə Bakının müxtəlif ünvanlarında 15-ə yaxın ağac və budaqlarının sınması halı aşkar edilib. Əraziyə birliyin mütəxəssisləri baxış keçirərək problemi aradan qaldırıblar.

Güclü küləyin sabah günorta saatlarına kimi davam edəcəyini nəzərə alaraq qurum sürücü və vətəndaşlara xəbərdarlıq edib.

Hər hansı problemlə qarşılaşan vətəndaş qurumun 012 570-73-30 nömrəsinə zəng vura bilər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti