Xəzər Xəbər

Əhalinin gəlirləri 5,1 faiz artıb

İqtisadiyyat | 18:14 • 18 Mart 2019
Əhalinin gəlirləri 5,1 faiz artıb

Yanvar-fevral aylarında ölkə əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 5,1 faiz artaraq 7 milyard 619,7 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, əhalinin hər nəfərinə düşən gəlirlər 772,2 manat olub. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 6 milyard 952 milyon manatlıq vəsait qalıb.

Xəbər lenti