Xəzər Xəbər

"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif

İdman | 14:45 • 18 Mart 2019
"Real"dan 4,5 milyon avroluq futbolçuya 60 milyonluq təklif

Zinəddin Zidanın "Real"da görmək istədiyi daha bir futbolunun adı açıqlanıb.


"Corriere dello Sport" xəbər verir ki, fransalı mütəxəssis "Roma"dan Nikolla Zanyolonu istəyir. "Real" bu futbolçu üçün İtaliya klubuna 60 milyon avro təklif edəcəyi deyilir.


Qeyd edək ki, 19 yaşlı yarımmüdafiəçi "Roma"ya 2018-ci ilin yayında "İnter"dən 4,5 milyon avroya transfer olunub. Hazırda "Transfermrkt"ın 40 milyon avro qiymət qoyduğu futbolçu cari mövsümdə oynadığı 28 matçda 5 qola imza atıb və 2 məhsuldar ötürmə edib.


Fanat.Az

Xəbər lenti