Xəzər Xəbər

Lənkəranda yeni çay, limon və narıngı növləri yetişdirilib

Region | 21:05 • 22 Fevral 2019
Lənkəranda yeni çay, limon və narıngı növləri yetişdirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Lənkəran Regional Elm Mərkəzində yeni çay, limon və narıngi növləri yetişdirilib.


Mərkəzin əməkdaşlarının uzun illər apardığı tədqiqatlar nəticəsində əldə olunmuş yeni çay, limon və narıngi növləri təsərrüfat göstəricilərinə, yüksək məhsuldarlığına, soyuğa, xəstəlik və zərərvericilərə qarşı mübarizədə ənənəvi növlərdən fərqlənir.


Yeni çay növləri "Fərmançay”, "Lənkərançay”, "Xəzər” və "Fərmançay çəhrayı” adlanır.


AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru Fərman Quliyev bildirib ki, seleksiya yolu ilə yetişdirilən yeni limon növü - "Lənkəran meyeri” limonu turşuluğunun az olması ilə fərqlənir. Mərkəzdə "Karlik tezyetişən” narıngi növü də yetişdirilib.


Yeni çay, limon və narıngi növləri Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinə təqdim olunub. (AZƏRTAC)

Xəbər lenti