Xəzər Xəbər

Metropoliten 20 Yanvar günü gücləndirilmiş iş rejimində çalışacaq

Gündəm | 18:13 • 18 Yanvar 2019
Metropoliten 20 Yanvar günü gücləndirilmiş iş rejimində çalışacaq

"Bakı Metropoliteni" QSC 20 Yanvar günü gücləndirilmiş iş rejimi şəraitində çalışacaq.

Qurumun mətbuat xidmətindən verilən məlumata görə, yanvar ayının 10-dan başlayaraq, metropolitenin keçidlərin, vestibüllərin, plaftormaların cari təmir, təmizlik işləri görülür, bütün stansiyaların estetik görünüşünün Ümumxalq hüzn Gününün ab-havasına uyğun olması məqsədilə müvafiq tədbirlər yerinə yetirilir.

Ənənəyə uyğun olaraq, "20 Yanvar” stansiyası həmin gün matəm ovqatında tərtib olunacaq.

Gün ərzində bütün stansiyalarda işıqlandırma tam şəkildə təmin ediləcək, mərkəzləşmiş radio şəbəkəsi ilə matəm musiqiləri və marşları yayımlanacaq. Bütün qatarlarda stansiyaların elanı radioinformatorla deyil, maşinistlər tərəfindən mikrofon vasitəsilə veriləcək.

Yanvarın 20-də saat 12:00-da planlaşdırılmış şəkildə bütün qatarların stansiyalarda dayandırlaraq 1 dəqiqə müddətində fasiləsiz fit verməsi təmin ediləcək. Həmin anı "Bakı Metropoliteni” QSC-nin rəhbərliyi, kollektivin və ictimaiyyətin nümayəndələri, habelə stansiyaya gələn sərnişinlər "20 Yanvar" stansiyasında şəhidlərimizin ruhunu 1 dəqiqəlik sükutla yad edəcəklər.

Qanlı Yanvar hadisəsinin 29-cu ildönümündə Bakı metropoliteni gücləndirilmiş iş rejimində çalışacaq. Bu tarix istirahət gününə təsadüf etsə də, ehtiyat qatarlar nəzərdə tutulacaq və zərurət yaranacağı təqdirdə, xəttə veriləcək.

Qeyd edək ki, Şəhidlər xiyabanında 20 Yanvar faciəsinin qurbanları arasında iki metropolitençi də əbədi uyuyan İlqar Qarayev və Əflatun Kazımovun da xatirəsi metropoliten kollektivi üçün daim əziz tutulur.

Xəbər lenti