Xəzər Xəbər

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb - FOTO

Hadisə | 12:10 • 16 Yanvar 2019
Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb -

Respublikanın daxili işlər orqanları cinayətkarlığa, o cümlədən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini uğurla və qətiyyətlə davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, bu istiqamətdə həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin təkcə 15 günü ərzində güclü təsiredici xüsusiyyətə malik, ümumi çəkisi 117 kiloqrama yaxın müxtəlif növ narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Həmin narkotik vasitənin 13 kiloqrama yaxınını heroin, 7,2 kiloqramını tiryək, 15,6 kiloqramını həşiş və 81 kiloqramdan çoxunu marixuana, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 900-dən çox çətənə kolu təşkil edib.


Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.


Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Xəbər lenti