Xəzər Xəbər

İnam Kərimov 4 fəaliyyət prinsipini açıqladı VİDEO

Veb TV | 20:55 • 17 Dekabr 2018
İnam Kərimov 4 fəaliyyət prinsipini açıqladı

Fermerlərin yetişdirdikləri məhsul əllərində qalmayacaq.

Bunu Kənd Təsrrüfatı naziri İnam Kərimov bir neçə gün öncə dövlət başçısının fərmanı ilə yeni təsis edilən "Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı danışarkən deyib. Nazir bildirib ki, cəmiyyət öz fəaliyyətini 4 əsas istqamət üzrə quracaq.

Əsas funksiyalardan biri də yerli təchizatla yanaşı, ixraca dəstək göstərməkdir. Bu məsələdə gələn ilin yanvar ayında istifadəyə veriləcək elektron kənd təsərrüfatı sistemi əhəmiyyətli rol oynayacaq. Fermerlərin sata bilmədikləri məhsulların dövlət ehtiyacları və digər məqsədlər üçün alımı prosesi daha təkmil şəkildə həyata keçiriləcək.

"Aqrar tədarük və təchizat" Açıq Səhmdar Cəmiyyətinin tam fəaliyyətə başlaması nəticəsində kənd təsərrüfatı məhsullarının ixrac potensialının artacağı gözlənilir.

Xəbər lenti