Xəzər Xəbər

Xarici mətbuatda ulu öndər Heydər Əliyevdən bəhs edən məqalələr dərc edilib - VİDEO

Veb TV | 20:15 • 12 Dekabr 2018
Xarici mətbuatda ulu öndər Heydər Əliyevdən bəhs edən məqalələr dərc edilib -

Heydər Əliyev təkcə postsovet məkanında deyil, bütün dünyada yüksək nüfuz qazanmış görkəmli dövlət xadimi və siyasətçidir.

Xezerxeber.az-ın məlumatına görə, Rusiya Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun elmi işçisi Aleksandr Karavayev "Vestnik Kafqaza" mətbu orqanındakı məqaləsində belə yazıb.

O bildirib ki, Heydər Əliyev öz siyasi savadı və bacarığı ilə çətin şəraitdə Azərbaycan kimi güclü bir dövlət qurub. Ulu öndərlə bağlı Ukraynanın nüfuzlu "versii.com" xəbər saytında da geniş məqalə dərc olunub.

Aleksandr Karavayev məqaləsində Heydər Əliyev şəxsiyyətinin siyasi fəaliyyətini geniş təhlil edib. Karavayev onun dünya miqyaslı bir siyasətçi olduğunu deyib. Rusiya-Azərbaycan münasibətlərindən bəhs edən müəllif qeyd edib ki, Azərbaycan-Rusiya dostluğunun təməlini məhz Heydər Əliyev qoyub.

Karavayev qeyd edib ki, ulu öndərin siyasi müdrikliyi, uzaqgörənliyi çətin məsələlərin həllində özünü göstərib. Bu, ona həm Azərbaycan, həm də dünyada böyük nüfuz qazandırıb. Onun uğurlu siyasi kursunu bu gün Prezident İlham Əliyev davam etdirir. Məhz buna görə də Rusiya Azərbaycanla münasibətlərinin gələcək inkişafına nikbinliklə baxır. Müəllif, Prezident İlham Əliyevlə Vladimir Putinin də dostluq münasibətlərinə toxunub və bildirib ki, İlham Əliyev Heydər Əliyevin müsbət ənənəsini davam etdirir. Bu münasibətlər hər iki dövlətin və xalqın mənafeyinə xidmət edir.

Ukraynanın mətbu orqanı "versii.com"saytında da ümummilli lider Heydər Əliyevlə bağlı böyük məqalə dərc edilib. "Çapar yalnız irəliyə can atır! Heydər Əliyev ürəklərdə daim yaşayacaq" başlıqlı yazıda Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Azərbaycana qazandırdığı uğurlar və reaallıqlardan bəhs edilib.

Məqalədə ulu öndərin "Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir. Azərbaycanın gəncləri gələcəkdə Azərbaycanı daha da yüksəklərə qaldıracaq" kəlamlarına diqqət çəkilib və qeyd olunub ki, həmin fikirlər artıq reallığa çevrilib. Heydər Əliyev müstəqil, iqtisadi cəhətdən qüdrətli, vahid, dünya birliyinin hörmət etdiyi Azərbaycan kimi bir dövlət qura bilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti