Xəzər Xəbər

Türkiyə Mersində neft-qaz axtarışına başlayıb

İqtisadiyyat | 13:41 • 14 Noyabr 2018
Türkiyə Mersində neft-qaz axtarışına başlayıb

Türkiyə Aralıq dənizinin Mersin sahillərində neft-qaz axtarışına başlayıb.


Xezerxeber.az xəbər verir ki, noyabrın 14-dən gələn il yanvarın 19-dək nəzərdə tutulan kəşfiyyat qazma işlərini "Rowan Norway” gəmisi həyata keçirəcək.


Yaxın vaxtlarda isə Mersin sahillərində ikinci kəşfiyyat quyusunun qazılmasına başlanacaq.


Qeyd edək ki, "Türkiye Petrolleri Anonim Ortaklığı” (TPAO) şirkəti cari ilin sentyabrında ABŞ-ın "Rowan Companies” şirkəti ilə Aralıq dənizində 2 neft-qaz kəşfiyyat quyusunun qazılması üçün müqavilə imzalayıb.

Xəbər lenti