Xəzər Xəbər

İllər sonra Monika Belluççidən etiraf: “Həyatımda sevdiyim kişi var”

Şou Biznes | 13:40 • 14 Noyabr 2018
İllər sonra Monika Belluççidən etiraf:

Dünyanın məşhur gözəli, italyan aktrisa Monika Belluççi Vensan Kassel ilə 2013-cü ildə ayrılıb.

Vensan şəxsi həyatı barədə açıqlamalar versə də, Monikanın şəxsi həyatı qapalı idi.

Bu yaxınlarda italyan gözəl "Paris Match” jurnalına müsahibə verib. Aktrisa şəxsi həyatından ilk dəfə olaraq açıqlama verib. Monika hazırda "On faiz” serialına çəkilir. Süjet xəttinə əsasən, Monikanın qəhrəmanı tənhalığını unutduracaq normal kişi axtarır. Jurnalistin "Siz real həyatda belə bir kişi tapa bildinizmi” sualına aktrisa belə cavab verib:

"Uzun müddətdir ki, bir nəfərlə görüşürəm. Onun normal olub-olmadığını bilmirəm. Özüm haqqında da bu məsələ ilə bağlı heç nə deyə bilmərəm. O, başqa dünyanın adamıdır, başqa işlə məşğuldur. Mənim kimi tez-tez səfərlərə çıxır. Onun həyat ritmi məni başa düşməsinə imkan verir. Onun adını çəkmək istəmirəm. Amma seçimimlə çox xoşbəxt olduğumu deyə bilərəm”.

Qeyd edək ki, 2013-cü ilin avqust ayında Vensan Kassel və Monika Belluççi 14 illik ailə həyatını bitirib. Boşanma barədə Monika belə demişdi:

"Vensan mənə həyatda ən vacib olanı, iki qızımı bəxş edib. Buna görə də onu hər zaman sevəcəm. Amma yollarımız ayrılır, bəzən belə də olur”.

Ölkə.Az

Xəbər lenti