Xəzər Xəbər

Mourinyonun "Mançester Yunayted"dəki taleyi nədən aslıdı?

İdman | 13:07 • 14 Noyabr 2018
Mourinyonun "Mançester Yunayted"dəki taleyi nədən aslıdı?

Premyer Liqanın son turunda "Mançester Siti"yə 1:3 hesabı ilə yenilərək turnir cədvəlinin zirvəsindən 12 xal geri düşən "Mançester Yunayted"də baş məşqçi Joze Mourinyo yenidən hədəfə çevirilib.


"The Sun" xəbər verir ki, "qırmızı şeytanlar" portuqaliyalı mütəxəssisi qovsa, ona 15 milyon funt-sterlinq ödəməyə məcburdu. Bu qədər böyük təzminatın qoyulması, klub rəhbərliyinin onunla bağlı qərar verməsini çətinləşdirir.


İddia olunur ki, Mourinyonun taleyi Çempionlar Liqasına vəsiqədən aslıdı. Belə ki, komanda 2019/20 mövsümü üçün Avropanın birnömrəli klub turnirinə vəsiqə qazana bilməsə, portuqaliyalı mütəxəssis qovuralacaq. Baş məşqçinin qovulmaması üçün "qırmızı-şeytanlar" mövsümü ilk "dördlük"də bitirməlidi.


Fanat.Az

Xəbər lenti