Xəzər Xəbər

Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

İdman | 11:51 • 14 Noyabr 2018
Bu gün Azərbaycan Kubokunun püşkatma mərasimi keçiriləcək

Bu gün Azərbaycan kubokunda 2018/2019-cu il mövsümünün püşkatma mərasimi keçiriləcək.

AFFA-nın inzibati binasında keçiriləcək tədbir saat 13:00-da başlanacaq.

Turnirdə Premyer Liqanın 8 klubu ilə, I Divizionun 4 klubu olmaqla, 12 komanda mübarizə aparacaq.

Kuboka I Diviziondan "Kəpəz”, "Qaradağ Lökbatan”, "Şüvəlan” və "Ağsu” qatılacaq. Komandalardan 4-ü mübarizəyə birbaşa 1/4 finaldan, qalanları isə 1/8 finaldan başlayacaq.

Turnir dekabrın 6-da start götürəcək.

Xəbər lenti