Xəzər Xəbər

Hansı qidanı yeməli, hansından uzaq durmalı? – Vazkeçilməz tövsiyələr

Cəmiyyət | 11:46 • 14 Noyabr 2018
Hansı qidanı yeməli, hansından uzaq durmalı?

Dünyada bəlkə də indiki qədər bolluq heç vaxt olmayıb. Həyat üçün vacib elementlərin başında isə qida durur.

Bu sözləri uzman-pediatr Ülvi Əliyev deyib.

Onun sözlərinə görə, bütün dükan və bazarları rəngarəng, çeşidli meyvə-tərəvəz, süd məhsulları, səbzələr bəzəsə də əslində yeyiləcək olanlar çox azdır: "Bu prizmadan yanaşsaq belə sıralamaq olar. Qarışıq əlavə edilmiş, paketlənmiş qidaları yeməyin. Un və şəkəri az olan meyvə, ot, ət, yumurta kimi təbii qidalara üstünlük verin.

Günəbaxan, qarğıdalı, soya, pambıq, marqarin tipli yağlardan uzaq durun. Əvəzinə heyvan yağları (kərə, iç, quyruq) və təmiz zeytun yağından istifadə edin.

Qatıq, kefir, turşu, sirkə, narşərab kimi probiyotiklərdən zəngin qidaları menyunuza daxil edə bilərsiz.
Pasterizə edilmiş və UHT işləminə məruz qalmış südlərdən mümkün qədər uzaq durun. Qutu südü işlətməyin. Süd əvəzinə ənənəvi metodlarla mayalanmış süd məhsulları yeyin. Misal üçün, qatıq, pendir, ayran, dovğa və s.
Gündə 6-8 stəkan su için. İmkanı olanlar bulaq və ya çeşmədən içsin. Uşağın sidiyi tünd rəngdədirsə, bu, az su içdiyini göstərir.

Meyvə və tərəvəzi mövsümündə yeyin, yəni məsələn, bizim ölkədə qışda normal məntiqlə, normal şəraitdə çiyələk,pomidor,qovun yetişirmir.

Həmişə günəşlənin. Günəşə çıxmırsınızsa balıq, kərə yağı, yumurta çox yeyin, D vitamini qəbul edin.
Bütün bunlara özünüz və övladlarınızın sağlamlığı naminə əməl etməyə çalışın”.

Teleqraf.com

Xəbər lenti