Xəzər Xəbər

Bakıda ağır qəza: ÖLƏN VAR

Hadisə | 10:48 • 14 Noyabr 2018
Bakıda ağır qəza:

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, dünən axşam saatlarında Binəqədi rayonu ərazisində - Balaxanı yolunda "VAZ 21 06” markalı minik avtomobili yolu keçməyə çalışan piyadanı vurub. Ağır xəsarət alan 55 yaşlı kişinin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xəbər lenti