Xəzər Xəbər

Bölgələrdə əmlak alqı-satqısı "ölüb" VİDEO

Veb TV | 20:53 • 20 Oktyabr 2018
Bölgələrdə əmlak alqı-satqısı "ölüb"

Ölkəmizdə əsas tikinti bumu paytaxtda yaşansa da, bölgələrdə də çoxmənzilli yaşayış binaları inşa olunur. Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və Zaqataladakı əməkdaşlarımız bu şəhərlərdə əmlak bazarındakı vəziyyətlə maraqlanıblar. Bölgələrdə yeni tikililərdə qiymətlər hər kvadratmetr üçün 450-1000 manat arasında dəyişir.

Bəzi bölgələrdə yeni tikilən binalardakı mənzillərin qiyməti artsa da, əksər bölgələrdə ucuzlaşma var.

Gəncədə çoxmənzilli binalardakı mənzillərin qiymətində artım müşahidə olunur. Rieltorların sözlərinə görə, yeni tikilən binalardakı qiymətlərdə 15-20 faiz artım var. Şəhər mərkəzində mənzillərin 1 kvadratmetri 900-1000 manat arasında təklif edildiyi halda, ətraf qəsəbələrdə bu qiymət 700-800 manat arasında dəyişir..

Sumqayıtda isə yeni mənzillərin qiymətində ucuzlaşma müşahidə edilir. Rieltorlar bunu müştəri qıtlığı ilə əlaqələndirirlər.

Çoxotaqlı mənzillərin qiymətində isə 10 min manata qədər azalma var.

Lənkəranda qiymətlər ötən illərlə müqayisədə bir qədər ensə də, daşınmaz əmlak bazarında alıcı qıtlığı var. Burada mərkəzlə ətraf ərazilər arasındakı qiymətlərdə ciddi fərq var.

Mingəçevirdə də yeni çoxmərtəbəli binalar görünüşü ilə diqqət çəksə də, alıcılar oradakı mənzillərə o qədər də maraq göstərmirlər. Relitorların sözlərinə görə, şəhərdəki yeni tikilən binadan 1 otaqlı mənzil almaq üçün müştəri 50 min manatından keçməlidir.

Zaqatalada da yeni tikilən binalardakı mənzillərin qiyməti yerləşdiyi əraziyə görə dəyişir. Mənzillərin təmirli və ya təmirsiz olması da qiymətlərə təsir edir.

Rieltorlar son 1 ildə satışın xeyli zəiflədiyini deyirlər.

Xəbər lenti