Xəzər Xəbər

Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ: Facebook profili 100 manata sındırırlar - VİDEO

Veb TV | 20:58 • 20 Oktyabr 2018
Sosial şəbəkə istifadəçilərinin DİQQƏTİNƏ:

İndiki dövrdə çox az insan tapılar ki, sosial şəbəkəlrdə hesabı olmasın. Amma sosial şəbəkələrdən istifadə qədər buradakı hesabların təhlükəsizliyi də əhəmiyyət daşıyır. Son zamanlar isə elə həmin sosial şəbəkələrin özündə bəzi işbazlar peyda olub. Özlərini xaker adlandıran bu şəxslər pul qarşılığında şifrə sındırmağı təklif edirlər. Bəziləri isə bu işi görmək üçün hətta sifarişçidənnikahşəhadətnaməsitələb edir. Baxmayaraq ki, bu işlə məşğul olmağın özü cinayət əməlidir.

Başqasının facebook hesabını sındırmaq 100 manat və vatsap yazşımalarını əldə etmək isə cəmi 35 manata..

Həmçinin şəxsi həyata müdaxilə edən əlavəbəzi xidmətlər də təklif olunur. Qarşı tərəfin şəxsi foto və videolarına baxmaq,harda olduğunu və bütün sosial şəbəkələrdə kimlərlə yazışdığı izləməyin yollarını da öyrədirlər. İnternetdə bu xidmətləri təklif edən hakerlər açıq şəkildə internetdə elan verirlər.

Bəziləri isə qarşı tərəfdən yalnız pul istəmir.Özünü xaker kimi təqdim edən bu şəxs evli insanların parollarını nigah şəhadətnaməsi olmadan sındırmadığını deyir.

Dırnaqarası xakerin sözlərinə görə, parol sındırmaq üçün əsas lazım olan məhz nigah şəhadətnaməsidi.O özünə bu yolla bəraət qazandırmaqla yanaşı düzgün atdım atdığını düşünür.

Mütəxəsislərdə hesbların sındırılmasının mümkünsüzlüyünü istisna etmir.Lakin bəzi qabaqlayıcı tədbirlərlə bunun qarşısını almaq olur.Çətin parol seçməklə və hesaba daxil olanda bir istifadəlik mobil sms xidmətini aktivləşdirməklə təhlükəsizliyi təmin etmək mümkündür.

İşin hüquqi tərəfinə gəldikdə isə başqasının şəxsi internet hesabını sındıranlarla yanaşı bunu sifariş edənlər dəAzərbaycan qanunnvericiliyinə əsasən cinayət məsuliyyəti daşıyır.Başqasının hesabına müdaxilə edən şəxsi iki ildən başlayaraq azadlıqdan məhrum etmə cəzası gözləyir.

Xəbər lenti