Xəzər Xəbər

Sumqayıtda ilk dəfə: Qarabağ cinsindən olan at, meymun və bir çox digər heyvanlar... - VİDEO

Veb TV | 20:52 • 20 Oktyabr 2018
Sumqayıtda ilk dəfə:

Sumqayıtda ilk dəfə olaraq mini zoopark yaradılıb. Əsasən uşaqların əyləncəsi üçün fəaliyyətə başlayan zooparka 30-a yaxın müxtəlif növ heyvan gətirilib. Oradakı heyvanların hamısı əhilləşdirilib. Ən maraqlısı da budur ki zooparka giriş dərslərindən beş alan şagirdlər üçün pulsuzdur.

Qarabağ cinsindən olan at, meymun və bir çox digər heyvanlar...

Görüntülər Sumqayıtda yerləşən mini zooparkdandır. Şəhərdə ilk dəfə istifadəyə verilən heyvanat parkında 30-a yaxın müxtəlif növ heyvan var.

Zooparkdakı heyvanların hamısı insanla təmasda ola bilməsi üçün əhilləşdirilib. Bura gələn insanlar onları oxşaya, hətta şəkil də çəkdirə bilərlər.

3-cü mikrorayon ərazisində yerləşən zooparkın açılmasına ən çoxsevinənlər isə balacalardır.

Mini Zooparka giriş 2 manatdır. Lakin bu ödəniş dərslərindən əla qiymət alan şagirdlərə şamil edilmir. Zooparkın direktoru bildirib ki, istənilən şagird gündəliyindəki 5 qiymətini göstərərək heyvanat parkına ödənişsiz daxil ola bilər.

Xəbər lenti