Xəzər Xəbər

Badamdarda SON VƏZİYYƏT: Sürüşmə zonasında gərginlik qalmaqdadır - VİDEO

Veb TV | 20:51 • 20 Oktyabr 2018
Badamdarda SON VƏZİYYƏT:

Bayıl qəsəbəsində və Zığ şossesində vəziyyət gərgin olaraq qalır. Bayılda sürüşmə kütləsi üzərində kiçik axmalar qeydə alınıb. Sürüşmənin sağ və sol hissələrində müəyyən genişlənmə var. Zığ şossesində isə sürüşmədən sonra istinad divarının piyada keçidinə yaxın hissəsində böyük bir qabarma əmələ gəlib.

Bayıl qəsəbəndə 20-ci sahə avtomobil yolunun sağ kənarında sürüşmə zonasında gərginlik qalmaqdadır.Sürüşmə kütləsi üzərində kütlənin xirda hissəciklərinin uçqun tipli hərəkəti və kiçik tipli axmalar var.bundan əlavə Sürüşmənin sağ və sol hissəsindəki çatlar da nisbətən genişlənib.

Ekologiya və Təbii sərvətlər Nazirliyinin mütəxəssisi Sadiq Əmiraslanov deyir ki, ərazidə hər gün monitorinqlər aparılır. İstinad divarında quraşdırılmış mayakların köməkliyi ilə sürüşmənin intensivliyi müşahidə edilir. Mütəxəssisin sözlərinə görə ərazidə qabaqlıyıcı texnogen tədbirlərin görülməsi üçün bir müddət gözləmək lazımdır.

Sadiq Əmiraslanovun sözlərinə görə sürüşmənin yuxarı hissəsində yerləşən fərdi evlərin divarlarında quraşdırılmış mayaklarda çatlar qeydə alınmayıb.

Son günlər sürüşmənin qeydə alındığı ərazidən biri olan Zığ şossesindəuçqun olan hissədə təmizlik işləri aparılıb.Bunun ardınca isə Fövqladə Hallar Nazirliyi tərəfindən təqdim edilən layihə əsasinda bərkitmə-bərpa işləri aparılacaq.

Sürüşmədən sonra istinad divarının piyada keçidinə yaxin hisssində böyük bir qabarma əmələ gəlib. Işin ilkin mərhələsində divarin həmin hisssi söküləcək ki, uçaraq yaxınlıqdakı obyektə zərər verməsin. Daha sonra təpə hissdə baş verən uçqunun fəsadlari aradan qaldırılacaq. Ardınca bütün istinad divarları söküləcək. Bərkitmə işləri də Xətai rayon icra hakimiyyəti tərəfindən həyata keçiriləcək.

Xəbər lenti