Xəzər Xəbər

Gömrükçülər külli miqdarda narkotik tutublar VİDEO

Veb TV | 20:50 • 20 Oktyabr 2018
Gömrükçülər külli miqdarda narkotik tutublar

Gəncədə evində narkotik vasitə gizlədən şəxs saxlanılıb. Yaşadığı evdən tam 25 kiloqram qurudulmuş marixuana aşkarlanaraq götürülüb. Gömrükçülər isə irandan azərbaycana qaçaq yolla 7 kiloqramdan çox narkotik maddə keçirən şəxsləri tutub.

Evində 25 kiloqram narkotik saxlayan şəxs yaxalanıb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Regional Şöbəsinə Gəncənin Vəli Xuluflu küçəsində yaşayan, əvvəllər məhkum olunmuş Elman Həsənovun külli miqdarda marixuana saxlaması barədə məlumat daxil olub. Məlumat əsasında əməliyyat keçirilib və fakt təsdiqini tapıb.

Elman Həsənovun yaşadığı evə baxış zamanı oradan üç ədəd kisədə ümumilikdə 25 kiloqram 850 qram qurudulmuş marixuana, eləcə də kustar üsulla hazırlanmış həşiş qətranı və narkotik tərkibli toxumlar aşkarlanaraq maddi sübut kimi götürülüb. Saxlanılan şəxs narkotik tərkibli bikiləri yaşıl halda zibillikdən tapdığını və şəxsi istifadəsi üçün qurutduğunu bildirib.

Gömrükçülər isə İrandan qaçaq yolla Azərbaycana gətirilən narkotik vasitəni aşkar edib. Dövlət Gömrük Komitəsinin əməliyyat-İstintaq Baş İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında, İmişli rayonunun Bəhramtəpə qəsəbəsi ərazisində əməliyyat tədbirləri keçirilib.

Burada yolun dairəvi hissəsi yaxınlığında yerləşən avtobus dayanacağına avtomobillə gələn Azərbaycan vətəndaşı Mahir Eyvazov özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 15 ədəd bağlamada ümumi çəkisi 7 kiloqramdan artıq həşiş qətranını İranvətəndaşı Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğluna təhvil verib. Sonuncu isə həmin narkotik vasitəni şərti alıcı kimi cəlb edilən gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Əməliyyat-istintaq tədbirləri nəticəsində cinayətkar qrupun iki üzvü - Mahir Eyvazov və Əxtəri Qara Qasımlı Hatef Cəmşid oğlu cinayət məsuliyyətinə cəlb olunublar. İstintaqla müəyyən edilib ki, cinayətkar qrup həmin narkotik vasitənin İrandan Azərbaycan ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilməsi və satışını təşkil etmək barədə bu ilin sentyabr-oktyabr aylarında sövdələşiblər. Fakta görə, onlar barəsində cinayət işi başlanıb vəbarələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər lenti