Xəzər Xəbər

Bakıda "avtoş"luq edən sürücülər saxlanılıb - VİDEO

Veb TV | 20:02 • 26 Sentyabr 2018
Bakıda "avtoş"luq edən sürücülər saxlanılıb -

Bakıda insanların rahatlığını pozaraq gecə saatlarında avtoxuliqanlıq edən bir qrup sürücüsü saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, həmin şəxsləri Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları ərazidə yaşayan bir neçə vətəndaşın şikayəti əsasında reyd keçirib və tutub. Onların bir neçəsi 6-cı mikrorayon, Cavadxan küçəsində yerləşən parkın, digərləri həmin əraziyə yaxın küçələrdə aşkarlanaraq inzibati məsuliyyətə cəlb ediliblər.

Saxlanılan "Porsche" və 4 ədəd ''Niva'' markalı avtomobillərdən qadağan olunmuş səs siqnalları, kustar üsulla hazırlanan tünd pərdələr aşkarlanıb.

Həmçinin aşkarlanan qum kisələri polis tərəfindən avtomobillərdən götürülüb.

Qeyd edək ki, avtoxuliqanlıq edən sürücülər barəsində yol polisi şöbəsində toplanan meteriallar qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib. Bundan əlavə, rayon ərazisində yükdaşıma qaydalarını pozan, istismar müddətini başa vurmuş, həmçinin yükləri açıq şəkildə təhlükəli vəziyyətdə daşıyan 20-ə yaxın yük maşını da cərimə meydançasına aparılıb. Araşdırma zamanı yük maşınlarını idarə edən şəxslərdən birinin sürücülük hüququnun 6 ay müddətinə məhdudlaşdırıldığı da məlum olub.

Qeyd edək ki, bu cür tədbirlər paytaxtın digər rayonlarında da keçiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti