Xəzər Xəbər

Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək

Dünya | 16:57 • 26 Sentyabr 2018
Hillari Klintonla şam yeməyi üçün 5400 dollar ödəniləcək

Əgər siz Hillari Klinton ilə yemək yemək istəyirsinizsə, bu sizin şansınızdır.

Modern.az ABŞ KİV-nə istinadən xəbər verir ki, amma siz kemiş Dövlət katibi Klintonla yeməyə görə 500 dollardan 5400 dollara qədər pulunuzdan keçməli olacaqsınız.

Senator Robert Menendesə yardım üçün pul toplamaq adına Nyu-Cersi ştatındakı Cersi-Sitidə oktyabrın 15-də Liberty Prime Steakhouse-da tədbir keçiriləcək.

Tədbirdə siz Klintonla yemək yemək üçün pul ödəyərək Menendesə də yardım etmiş olacaqsınız.

Qeyd edək ki, Demokratlar partiyasından Robert Menendes haqqında məhkəmə işi keçən ilin sentyabrında başladılıb. İttihamda Menendesin ABŞ-ın Florida Ştatında sakini oftalmoloq Salomon Melcindən bahalı hədiyyələr aldığı göstərilib. Bu hədiyyələr müqabilində o, Konqresdə Melcinin maraqlarını dəstəkləməli imiş.

Xəbər lenti