Xəzər Xəbər

Xeyli sayda pirotexniki vasitə aşkarlanıb

İqtisadiyyat | 16:22 • 26 Sentyabr 2018
Xeyli sayda pirotexniki vasitə aşkarlanıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan Azərbaycan Respublikasına "Ford Tranzit 100 LD" markalı nəqliyyat vasitəsilə gələn Gürcüstan vətəndaşının avtomobili saxlanılıb və gömrük baxışı keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən xezerxeber.az-a bildiriblər ki, baxışdan öncə, vətəndaş üzərində və idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama nəticəsində nəqliyyat vasitəsinin ön qapılarının və yan karnizinin içərisində gizlədilmiş 800 ədəd üzərində "Big Cracker" yazısı olan pirotexniki vasitə aşkarlanıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti