Xəzər Xəbər

Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar

İdman | 15:15 • 26 Sentyabr 2018
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar

Sentyabrın 26-da Bakı İdman Sarayında braziliyalı futbolçu, ikiqat dünya çempionu Kafu Xüsusi Olimpiya Hərəkatı ilə dünya üzrə səfiri elan edilməsinə dair sənəd imzalayıb.


Xezerxeber.az xəbər verir ki, mərasimdə Xüsusi Olimpiya Hərəkatının Avropa regional rəhbəri Devid Evangelista və braziliyalı atlet Emmanuelle Dutra Fernandes de Souza iştirak ediblər.


D.Evangelista gənc liderlərin 20-ci Qlobal Forumunun Bakıda təşkilinə görə gənclər və idman naziri Azad Rəhimova təşəkkür edib: "Bu gün Kafu və Emmauelleni burada görmək xoşdur. Onun kimi məşhur futbolçu bizim səfirimiz olacaq. Bundan sonra da əhatə dairəmizi genişləndirməyə çalışacağıq”.


Kafu bildirib ki, Bakıya ilk səfəri və bu cür tədbirdə iştirak etmək onun üçün çox guruvericidir: "Xüsusi Olimpiya Hərəkatı ailəsinin üzvü olmaq mənim həyatımda ən xoşbəxt anlardan biridir. Puldan və hər bir qalibiyyətdən önəmlisi məncə uşaqların üzünü güldürməkdir”.


Sonra Kafu və D.Evangelista əməkdaşlıq müqaviləsi imzalayıblar.


Qeyd edək ki, Kafu 1989-2006-cı illərdə Braziliya millisində çıxış edib. 48 yaşlı müdafiəçi karyerası ərzində vətənində "San Paulu”, "Palmeyras”, İspaniyanın "Saraqosa”, İtaliyanın "Roma” və "Milan” klublarının formasını geyib. O, 1994 və 2002-ci il dünya çempionatlarının qalibidir.

Xəbər lenti