Xəzər Xəbər

Türkmənistanda pulsuz işıq, su, qaz və duz dövrü başa çatdı

Dünya | 11:23 • 26 Sentyabr 2018
Türkmənistanda pulsuz işıq, su, qaz və duz dövrü başa çatdı

Türkmənistan hökuməti 2019-ci il yanvarın 1-dən ölkə sakinlərinə elektrik enerjisi, qaz, içməli su və xörək duzunun pulsuz verilməsini dayandırır. Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi xəbər verib.


Qərar dünən Aşqabadda Xalq Məsləhətinin (Xalq Şurası - ölkənin ali hökumət orqanı) birinci iclasında qəbul edilib.


Eyni zamanda, Xalq Şurası 2019-ci il yanvarın 1-dən Türkmənistan əhalisini elektrik enerjisi, qaz, içməli su, xörək duzu ilə ödənişli əsaslarla, lakin güzəştli qiymətlərlə təmin edilməsi barədə qərar çıxarıb.


Qeyd edək ki, Türkmənistan əhalisinə təbii qaz, su və elektrik enerjisi 1992-ci ildən pulsuz verilir.

Xəbər lenti