Xəzər Xəbər

İcbari tibbi sığorta haqqının bu yollarla ödənilməsi təklif edilir

Cəmiyyət | 11:15 • 26 Sentyabr 2018
İcbari tibbi sığorta haqqının bu yollarla ödənilməsi təklif edilir

Azərbaycanda icbari tibbi sığorta haqqının muzdlu işçilər üçün əməkhaqqından faiz tutulmaqla, digər vətəndaşlar üçün illik 120 manat olması təklif edilir.


Bunu İcbari Tibbi Sığorta Agentliyinin departament rəhbəri Araz Nəsirov deyib.


Onun sözlərinə görə, Avropa ölkələrində icbari tibbi sığorta xidmətinin göstərilməsi üçün işəgötürən və işçilərdən 5 faizdən 15 faizədək icbari tibbi sığorta haqqı tutulur. Azərbaycanda isə ilkin mərhələdə bu vəsaitin 3 faizə (işçi və işəgötürən birlikdə) yaxın olması, bunun 2 faizinin işçinin, 1 faizinin isə işəgötürənin payına düşməsi təklif olunur.


Agentlik rəsmisi əlavə edib ki, vəsaitin 3 faizə yaxın olması səhiyyə xidmətlərinin yaxşılaşdırılmasına, tibb işçilərinin iş şəraitinin yaxşılaşdırılmasına, əmək haqlarının yüksəlməsinə imkan verər.


A.Nəsirov icbari tibbi sığorta haqqının təminat verilən tibbi xidmətlərdən yararlanmaq üçün vətəndaşların ödəməli olduğu pul məbləğinin olduğunu xatırladıb.


O qeyd edib ki, keyfiyyətli tibbi xidmətə əlçatanlığın təmin edilməsi, maliyyə axınlarının şəffaflaşdırılması əsas məqsədlərdəndir.


A.Nəsirov əlavə edib ki, hazırda icbari tibbi sığorta sisteminin maliyyələşdirilməsi dövlət tərəfindən həyata keçirilir. (Trend)

Rubrikanın digər xəbərləri

Fransanın sərnişin təyyarəsi Bakıya
Fransanın sərnişin təyyarəsi Bakıya QƏZA ENİŞİ ETDİ
18:47 • 24 Aprel 2024
Azad edilmiş ərazilərdə
Azad edilmiş ərazilərdə ilk hərrac
13:05 • 24 Aprel 2024
Sabah 31 dərəcə isti olacaq
Sabah 31 dərəcə isti olacaq Proqnoz
12:05 • 24 Aprel 2024
Şəki və Qəbələnin qaz təchizatında
Şəki və Qəbələnin qaz təchizatında fasilə yaranacaq
09:04 • 24 Aprel 2024
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu
Azərbaycanda nikahın pozulması üçün yeni dövlət rüsumu müəyyən edilir
14:07 • 23 Aprel 2024
Siqaretlə bağlı
Siqaretlə bağlı YENİ TƏLƏB
519 | 12:52 • 23 Aprel 2024

Xəbər lenti