Xəzər Xəbər

Ruhani: ABŞ beynəlxalq institutları səmərəsiz etməyə çalışır

Dünya | 11:06 • 26 Sentyabr 2018
Ruhani: ABŞ beynəlxalq institutları səmərəsiz etməyə çalışır

ABŞ-ın indiki administrasiyası beynəlxalq institutları səmərəsiz etməyə çalışır.


Bunu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani BMT Baş Assambleyasının Nyu Yorkda keçirilən 73-cü sessiyasında çıxışı zamanı bəyan edib.


H.Ruhani vurğulayıb ki, ABŞ hökuməti, ən azı indiki administrasiya bütün beynəlxalq institutları səmərəsiz etməyə cəhd göstərir.


Dövlət başçısı Birləşmiş Ştatları BMT Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsində danışıqlar masasına qayıtmağa və Vaşinqtonun tətbiq etdiyi anti-İran sanksiyalarını dayandırmağa çağırıb:


"Lakin danışıqların bərpası ABŞ-ın İrana qarşı sanksiyaları və təhdidi fonunda qeyri-mümkündür".


Xatırladaq ki, 2018-ci ildə ABŞ BMT TŞ-nin qətnaməsi ilə təsdiq edilmiş İranın nüvə proqramı üzrə birgə hərtərəfli fəaliyyət planından çıxıb. (Trend)

Xəbər lenti