Xəzər Xəbər

Ebeko vulkanının külü 4,5 kilometr yüksəkliyə çatıb

Dünya | 09:46 • 26 Sentyabr 2018
Ebeko vulkanının külü 4,5 kilometr yüksəkliyə çatıb

Paramuşir adasında (Saxalin vilayəti, Şimali Kuril adaları) yerləşən Ebeko vulkanın külü 4,5 kilometr yüksəkliyə çatıb. Bu barədə Rusiya Elmlər Akademiyası Uşaq Şərq bölməsinin Vulkonologiya və Seysmologiya İnstitutunun Kamçatka qrupu məlumat yayıb.


AZƏRTAC INTERFAX.RU saytına istinadla xəbər verir ki, məlumatda şleyfin vulkandan şərqə doğru 5 kilometr məsafədə yayıldığı bildirilir.


Ebeko vulkanı (hündürlüyü 1156 metr) Şimali Kuril şəhərindən 7 kilometr şimal-qərbdə yerləşir. Onun kraterlərində isti göllər, termal bulaqlar var. Vulkan sonuncu dəfə 2012-ci ildə püskürüb, 2016-cı ilin oktyabrınadək sakitlik dövrünü keçirib.

Xəbər lenti